Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Polşadakı azərbaycanlılara xəbərdarlıq olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Polşadakı azərbaycanlılara xəbərdarlıq olunub

Polşadakı azərbaycanlılara xəbərdarlıq olunub


Son günlərdə Polşa ərazisində koronavirusa (COVID-19) yoluxanların sayında artımın qeydə alınması ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyi Vətənə gəlmək istəyənlər üçün viza məhdudiyyətləri tətbiq edib.

Viza üçün müraciətlərdə ancaq xüsusi hallar nəzərə alınacaq. Bu hallarda xüsusi tibbi göstərişlər də tələb olunacaq.

Polşada yaşayan azərbaycanlılar arasında da virusa yoluxma şübhəsi yarandıqda bu ölkənin Milli Səhiyyə Fondunun telefon nömrəsi ilə əlaqə saxlamaq mütləqdir (Polyak və ya ingilis dillərində). Əlaqə telefonu: 800-190-590.

Geri dön