Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Özbəkistanda koronavirusa yoluxanların sayı 13 nəfərə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Özbəkistanda koronavirusa yoluxanların sayı 13 nəfərə çatıb

Özbəkistanda koronavirusa yoluxanların sayı 13 nəfərə çatıb


Özbəkistanda koronavirusa yoluxanların sayı 13 nəfərə çatıb.

Bu gün səhər saatlarında Özbəkistan Səhiyyə Nazirliyindən bildiriblər ki, son bir sutka ərzində İstanbuldan Daşkəndə gələn daha 3 nəfərdə bu koronavirus aşkarlanıb.

Özbəkistanda koronavirus ilk dəfə Parisdən gələn Özbəkistan vətəndaşında aşkar edilib. Bir gün sonra məlum olub ki, o qadının oğlu, qızı, həyat yoldaşı, nəvəsi və bir yaxın qohumu da bu virusa yoluxublar.

Sonra isə London və Türkiyədən gələn insanlarda koronavirus tapılıb və beləliklə bu xəstəliyə tutulanların sayı 13-ə çatıb.
Məlumatda bildirilir ki, koronavirusa yoluxan xəstələrin hamısı Elmi-Tədqiqat Virusologiya İnstitutunun klinikasında müalicə alırlar.

Geri dön