Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyədə yaşlıların sayı artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Türkiyədə yaşlıların sayı artıb

Türkiyədə yaşlıların sayı artıb


Türkiyə əhalisi arasında 65 yaşdan yuxarı olanların sayı son beş ildə 21,9 faiz artıb.

Statistik göstəricilərə əsasən, 2019-cu ildə ölkədə yaşlı təbəqənin sayı 7 milyon 550 min 727 nəfər olaraq hesablanıb. Bu rəqəm ümumi əhalinin 9,1 faizini təşkil edib. Bu insanların 44,2 faizi kişilər, 55,8 faizi isə qadınlardır ki, onların da 9,1 faizinin yaşı 85-dən yuxarıdır.

2014-cü ildə yaşlı təbəqənin sayı 6 milyon 192 min 962 nəfər olub.
Mütəxəssislər bunu Türkiyədə doğum və ölüm saylarının azalması ilə izah edirlər. Belə ki, ölkədə uşaq və gənclərin sayında da azalma müşahidə edilir.

Geri dön