Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Macarıstandan karantində olan iranlı tələbələrin deportasiya edilməsi iki ölkə arasında diplomatik skandala səbəb olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Macarıstandan karantində olan iranlı tələbələrin deportasiya edilməsi iki ölkə arasında diplomatik skandala səbəb olub

Macarıstandan karantində olan iranlı tələbələrin deportasiya edilməsi iki ölkə arasında diplomatik skandala səbəb olub


Macarıstan hökuməti ötən günlər ərzində koronavirusa görə karantində olan 15 iranlı tələbəni ölkədən deportasiya edib. Macarıstan iranlı tələbələri koronavirusun bu ölkədə yayılmasına görə məsul bilir.



Macarıstanın yaydığı bəyanatda bildirilir ki, koronavirusa yoluxma ehtimalına görə Budapeşt xəstəxanalarından birində karantinə alınan tələbələr karantin qaydalarını pozub, tibbi personala qarşı zorakı davranıb. Buna görə də, onlardan 13-ü ötən həftənin cümə günü, 2-si isə martın 16-da ölkədən deportasiya edilib.



Digər məlumatlarda isə bildirilir ki, iranlı tələbələr saxlandıqları otaqların yaxşı şəraitdə olmadığına etiraz əlaməti olaraq həmin otaqları tərk ediblər. Bundan sonra onlarla tibb işçiləri arasında qalmaqal yaşanıb.


Bu günə qədər Macarıstanda koronavirusa 58 yoluxma faktı qeydə alınıb və onlardan 1 nəfər dünyasını dəyişib. Bu ölkədə koronavirusa ilk yoluxma faktı martın 4-də təsdiqlənmişdi. Bu barədə məlumat yayan Macarıstanın baş naziri Viktor Orban ölkəsində təhsil alan 2 İran vətəndaşının koronavirusa yoluxduğu təsdiqlənmiş ilk şəxslər olduğunu demişdi.



Ertəsi gün Tehrandan Budapeştə səfər edən 3 iranlıda da koronavirus aşkarlanmış, onlar da karantinə alınmışdılar. Bundan sonra Macarıstan öz vətəndaşlarını sözügedən pandemiyadan qorumaq üçün İran vətəndaşlarına viza verilməsi prosesini qeyri-müəyyən vaxta qədər dayandırdığını bəyan etmişdi.



Məsələ ətrafında yaranmış diplomatik skandal nəticəsində Macarıstanın Tehranda akkreditə edilmiş səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomatla görüşən İran Xarici İşlər nazirinin müavini Abbas Əraqçi məsələ ilə əlaqədar ölkəsinin etiraz notasını ona təqdim edib. 15 tələbənin deportasiya edilməsini "qəbul edilməz" adlandıran Əraqçi səfirdən İranın bu məsələyə yenidən baxılması tələbini macarıstanlı rəsmilərin diqqətinə çatdırmasını istəyib.

Geri dön