Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Sepah”ın “Mahan Air” aviasiya şirkətinə məxsus sərnişin təyyarəsinin pilotu koronavirusdan ölüb”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Sepah”ın “Mahan Air” aviasiya şirkətinə məxsus sərnişin təyyarəsinin pilotu koronavirusdan ölüb”

“Sepah”ın “Mahan Air” aviasiya şirkətinə məxsus sərnişin təyyarəsinin pilotu koronavirusdan ölüb”


“Sepah” terror təşkilatının “Mahan Air” aviasiya şirkətinə məxsus sərnişin təyyarəsinin pilotu Əsğər Loran koronavirusdan ölüb.

İran saytlarının yaydığı xəbərə əsasən, “Covid-19” virusuna yoluxduğu üçün bir neçə gündən bəri müalicə alan kapitan Əsğər Loran martın 18-də Tehran xəstəxanalarından birində keçinib.

Pilotun koronavirusa konkret nə vaxt və necə yoluxduğu barədə hər hansı bir məlumat yayılmasa da, onun Çinə səfərlərin birində virusa yoluxduğu təxmin edilir.

Qeyd edək ki, Çində koronavirusun yayılmasından sonra dünyanın bütün ölkələri bu ölkəyə uçuşları dayandırsalar da, “Sepah”ın “Mahan Air” aviasiya şirkətinə məxsus sərnişin və yük təyyarələri bu günə qədər Çinin Vuhan şəhərinə uçuşları davam edir. Bu isə, virusun ölkəyə gətirilməsində əsas amillərdən biri kimi hesab olunur.

İran Səhiyyə Nazirliyi martın 18-də bəyanat yayaraq, ölkədə koronavirusa yoluxanların sayının 17361 nəfərə, xəstəlikdən ölənlərin sayının isə 1135 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, virusdan ölənlərin və ona yoluxanların sayının rəsmi tribunalardan elan edilən rəqəmlərdən 5 dəfə çox olduğunu bildirirlər.

Geri dön