Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda daha 149 nəfər koronavirusdan ölüb. Ölənlərin sayı 1284 nəfərə, virusa yoluxanların sayı isə 18 min 407 nəfərə yüksəlib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda daha 149 nəfər koronavirusdan ölüb. Ölənlərin sayı 1284 nəfərə, virusa yoluxanların sayı isə 18 min 407 nəfərə yüksəlib

İranda daha 149 nəfər koronavirusdan ölüb. Ölənlərin sayı 1284 nəfərə, virusa yoluxanların sayı isə 18 min 407 nəfərə yüksəlib


İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi bu gün jurnalistlərə açıqlamasında ölkədə koronavirus qurbanlarının yeni statistikasını yayıb.

Rəisi deyib ki, son bir sutka ərzində İranda daha 1046 nəfərin “Covid-19” virusuna yoluxduğu aşkarlanıb. Təəssüflər olsun ki, dünən günorta saatlarından bu günə qədər virusa yoluxanlardan daha 149-u həyatını itirib. Bununla da bu günə qədər İranda koronavirusdan ölənlərin sayı 1284 nəfərə, yoluxanların sayı isə 18 min 407 nəfərə yüksəlib.

Həmçinin, xoşbəxtlikdən bu günə qədər ölkədə virusa yoluxanlardan 5979 nəfəri sağaldıqdan sonra evlərinə buraxılıblar” -deyə, İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi bəyan edib.

Qeyd edək ki, Əlirza Rəisi ölkədə bu günə qədər koronavirusa yoluxanların sayının 18407 nəfərə, xəstəlikdən ölənlərin sayının isə 1284 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, virusdan ölənlərin və ona yoluxanların sayının rəsmi tribunalardan elan edilənlərdən 5 dəfə çox olduğunu bildirirlər.

Geri dön