Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbrizdə yerli məsullardan biri koronavirusdan həyatını itirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbrizdə yerli məsullardan biri koronavirusdan həyatını itirib

Təbrizdə yerli məsullardan biri koronavirusdan həyatını itirib


Təbriz Bələdiyyə İdarəsinin güvənlik və yanğınsöndürmə xidmətinin icraçı direktoru Məhəmməd Quluzadə koronavirusdan vəfat edib.



O xəstəliklə bir neçə gün mübarizə apardıqdan sonra cümə axşamı günü günortadan sonra həyatını itirib.



Mərhum Məhəmməd Quluzadə cəmi il yarımdır bu posta təyin olunmuşdur. O bu müddətdə Təbrizdə baş verən yanğınların söndürülməsində böyük canfəşanlıq göstərib, hər kəs onu fədakar insan kimi tanıyır.



Məhəmməd Quluzadə koronavirus epidemiyası ilə bağlı Təbrizdə müxtəlif məkanların dezinfeksiya edilməsində də böyük xidmət göstərib.



Təbriz Tibb Universitetinin məlumatına görə, Şərqi Azərbaycan Əyalətində bu günədək 684 nəfər koronavirusa yoluxub, onlardan 59-u həyatını itirib.

Geri dön