Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərəb ölkələrində koronavirusdan ölənlərin sayı artır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Ərəb ölkələrində koronavirusdan ölənlərin sayı artır

Ərəb ölkələrində koronavirusdan ölənlərin sayı artır


Martın 20-də ərəb ölkələrində koronavirusdan daha 3 ölüm faktı qeydə alınıb.

Birləşmiş Ərəb Əmirliklərinin Səhiyyə Nazirliyi COVID-19 virusuna yoluxmuş iki nəfərin öldüyü barədə məlumat yayıb. Həyatını itirənlərdən biri 78 yaşlı BƏƏ vətəndaşı, digəri isə 58 yaşlı əcnəbidir.

Koronavirusdan daha bir ölüm faktı Misirdə qeydə alınıb. Rəsmi məlumata görə, martın 20-də bu ölkədə COVID-19 virusuna 29 nəfər yoluxub və xəstələrin ümumi sayı 285-ə, koronavirus qurbanlarının sayı isə 8 nəfərə çatıb.

Həmin gün Səudiyyə Ərəbistanında da koronavirusa yoluxanların sayı artıb. Bu ölkənin Səhiyyə Nazirliyi 70 yeni yoluxma faktı qeydə alıb. Beləliklə, Krallıqda COVID-19 virusu daşıyıcılarının sayı 344 nəfərə çatıb. Qeyd olunub ki, koronavirusa yoluxma hallarının əksəriyyəti toy, matəm mərasimlərində baş verib. Lakin Səudiyyə Ərəbistanında bu günədək xəstəlikdən ölüm faktı qeydə alınmayıb.

Geri dön