Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda illik inflyasiyanın həddi təqribən 35% elan edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İranda illik inflyasiyanın həddi təqribən 35% elan edilib

İranda illik inflyasiyanın həddi təqribən 35% elan edilib


İran Mərkəzi Statistika Komitəsi illik inflyasiyanın həddi ilə bağlı statistika yayıb.



Məlumata əsasən, İranda 1398-ci ilin (21 mart 2019- 20 mart 2020-red.) sonuna qədər ötən 12 ay ərzində inflyasiya həddi 34.8% olub.



Statistikada qeyd edilir ki, qida məhsullarının qiymətinin artması inflyasiya həddindən yüksək, xidmət sektorunda bahalaşma isə bu həddən aşağı olub.



Komitə qida və içkilərin inflyasiya həddini 43% elan edib.



Statistikaya əsasən, ötən 12 ay ərzində ət və balığın qiymətində 50-56%, meyvə-tərəvəzin qiymətində isə ümumilikdə 56% qiymət artımı müşahidə edilib.



Komitə bildirir ki, kənd yerlərində inflyasiya həddi şəhərlərə nisbətən daha yüksək olub. Kəndlərdə bahalaşmanın 37.3%, şəhərlərdə isə 34.4% olduğu qeyd edilir.



Xatırladaq ki, İranda 2018-ci ilin avqust ayından etibarən inflyasiya həddi kəskin yüksəlməyə başlayıb. Rəqəmlər 2019-cu ilin avqust- sentyabr ayları ərzində rekord həddə- 42.7%-ə qədər çatmışdı. Lakin bir müddət sonra İran Mərkəzi Statistika Komitəsi aylıq inflyasiya həddinin azaldığını bəyan etmişdi.



İnflyasiya həddinin azalması qiymətlərin ucuzlaşması demək deyil. Bu, qiymət artımının sürətli deyil, yavaş-yavaş baş verməsi anlamına gəlir.

Geri dön