Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Savadkuhda qaya uçması nəticəsində 10 ev yerlə-yeksan olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Savadkuhda qaya uçması nəticəsində 10 ev yerlə-yeksan olub

Savadkuhda qaya uçması nəticəsində 10 ev yerlə-yeksan olub


İranın Mazandaran əyalətinin Savadkuh rayonunun Pitsəra kəndində dağdan qopan qaya parçası 10 evi tamamilə dağıdıb.



Xəbərlərə əsasən, hadisə nəticəsində evlərdən başqa, 2 heyvandarlıq təsərrüfatı və 1 kiçik körpünün də dağılması ilə yanaşı, 4 avtomobilə ciddi ziyan dəyib.



Yerli rəsmilər bildirirlər ki, əvvəlcədən qayanın uçacağı ilə bağlı proqnozlar olduğundan, həmin 10 evin sakini əvvəlcədən digər bölgələrə köçürülübmüş. Buna görə də, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Hazırda isə kənddə qalan 14 evin sakinlərinin də müvəqqəti olaraq digər bölgələrə köçürülməsi planlaşdırılır.



Bununla belə, hadisə nəticəsində çoxlu sayda iri və xırda buynuzlu mal-qara tələf olub, eləcə də kənd işıqsız və susuz qalıb.

Geri dön