Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsmayıllının mədəniyyət müəssisələri dezinfeksiya olunur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > İsmayıllının mədəniyyət müəssisələri dezinfeksiya olunur

İsmayıllının mədəniyyət müəssisələri dezinfeksiya olunur


Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində dezinfeksiya işləri davam etdirilir.

Regional mədəniyyət idarəsinin mətbuat xidmətindən bildirilib ki, dezinfeksiya işləri bütün mədəniyyət müəssisələrində, o cümlədən Heydər Əliyev Mərkəzində, Heydər Əliyev adına Mədəniyyət Mərkəzində, rayon mərkəzi kitabxana sistemində, Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbində, Dövlət Rəsm Qalereyasında, Tarix-Diyarşünaslıq Muzeyində aparılır.

Dezinfeksiya işləri müvafiq qurumlardan dəvət olunan mütəxəssislər tərəfindən yerinə yetirilir.

Geri dön