Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda yeni bəla: Sel nəticəsində 7 nəfər ölüb, 2 nəfər itkin düşüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda yeni bəla: Sel nəticəsində 7 nəfər ölüb, 2 nəfər itkin düşüb

İranda yeni bəla: Sel nəticəsində 7 nəfər ölüb, 2 nəfər itkin düşüb


Koronavirusun kəskin yayıldığı İran yeni təbii fəlakətlə üzləşib.



Ölkənin 13 əyalətində baş vermiş daşqınlar nəticəsində 7 nəfər ölüb, 2 nəfər itkin düşüb və 10 nəfər xəsarət alıb. Ölənlərdən birinin 5 yaşlı qız uşağı olduğu deyilir.



İran Təcili Tibbi Yardım Xidmətinin sözçüsü Müctəba Xalidinin yaydığı məlumata görə, ötən gün baş vermiş sel nəticəsində Buşehr və Kirman əyalətlərinin əksər bölgələri su altında qalıb. Digər 11 əyalətdə də vəziyyət eynidir.



O, həmçinin qeyd edib ki, sel nəticəsində əyalətlərdə evlərə, fərdi təsərrüfat obyektlərinə, eləcə də yol infrastrukturuna ciddi ziyan dəyib.



Qumda isə sel nəticəsində "Keşavərzi" dairəsində yol çöküb və iki maşın yaranmış quyuya düşüb. Hadisə nəticəsində avtomobillərdən birində olan 3 nəfər ölüb.



Xatırladaq ki, keçən il İranın bir neçə əyalətində Novruz bayramı zamanı başlamış və aprelin ortalarına qədər davam etmiş daşqınlar zamanı isə 77 nəfər ölmüşdü.

Geri dön