Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Növbəti erməni fantaziyası
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Növbəti erməni fantaziyası

Növbəti erməni fantaziyası


“Bizi doğru anlamadılar. Xankəndi aeroportu hazırdır, ancaq uçuşlardan hələ söhbət getmir”. Bu barədə qondarma Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyan yerli gənclərlə söhbət zamanı bildirib.

Onun sözlərinə görə, Mülki Aviasiya İdarəsinin məmurları aeroportun bu həftə işə salınacağı barədə rəsmi məlumat yayıblar. "Bu məlumat gerçəkliyə uyğundur. Amma bizim vətəndaşlar bunu düzgün anlamayıblar. Uçuşların bərpası haqqında isə heç kim danışmayıb", - deyə Saakyan bildirib.

Biz oxucularımızın diqqətini çox vacib bir nüansa yönəltmək istəyirik. Oyuncaq respublikanın rəhbərləri dəfələrlə bildiriblər ki, aeroport hansısa sertifikat alıb və guya onda deyilir ki, Xankəndi hava limanı tamamilə beynəlxalq standartlara uyğun gəlir. Daha öncə bu barədə gizlətmədiyi sevinclə Mülki Aviasiya İdarəsinin rəisi oluduğunu deyən hansısa Arabaşyan da bildirmişdi. Bu saxta sənədi kim düzəldib qol çəkib, ümumiyyətlə, belə bir sənəd varmı - bəlli deyil. Böyük ehtimalla, bu, növbəti erməni fantaziyasıdır. Axı çoxdan məlumdur ki, bizim qonşularımız bu ədəbi janrı çox sevirlər.

Geri dön