Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xamneyinin qudası (gəlininin anası) koronavirusdan ölüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Xamneyinin qudası (gəlininin anası) koronavirusdan ölüb

Xamneyinin qudası (gəlininin anası) koronavirusdan ölüb


İranın “dini lideri” Əli Xamneyinin qudası (gəlinin anası) İzzət Xamuşi koronavirusdan ölüb.



İran hökumət saytlarının yaydığı xəbərə əsasən, koronavirusa yoluxduğu üçün bir neçə gündən bu yana həkimlərin ciddi nəzarəti altında müalicə alan İzzət Xamuşi, martın 23-də Tehran xəstəxanalarından birində keçinib.



Bildirilir ki, artıq həmin gün torpağa tapşırılan İzzət Xamuşi, Əli Xamneyinin oğlu Meysəm Xamneyinin həyat yoldaşının anasıdır.



İzzət Xamuşinin konkret nə vaxt və necə “Covid-19” virusuna yoluxduğu barədə hər hansı bir məlumat yayılmayıb.



Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 23-də mediaya açıqlamasında ölkədə “Covid-19” infeksiyasına yoluxanların yeni statistikasını yayıb.



Ötən bir sutka ərzində daha 137 nəfərin koronavirusdan öldüyünü bildirən Cahanpur deyib ki, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1812 nəfərə, infeksiyaya yoluxanların sayı isə 23049 nəfərə yüksəlib.

Geri dön