Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Həmas İrandan imtina edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Həmas İrandan imtina edib

Həmas İrandan imtina edib


Fələstində fəaliyyət göstərən «Həmas» silahlı qruplaşma son 20 il ərzində onlara sponsorluq etmiş iki başlıca himayəçisindən – İran və Suriyadan imtina etdiyi haqda bəyanat verib.

«MIGnews»-in məlumatına görə, qurumun lideri Xalid Məşəl buna görə, həm İslam Respublikası, həm də Suriyanın informasiya vasitələrinin hücumuna məruz qalıb. Suriyanı rəsmi dövlət televiziyası Məşəli «satqın», İranın informasiya vasitəli isə «sionizmin casus»u adlandırıb.

«Həmas»-ın qurucularından biri Əhməd Yusif qurumun qərarına Suriya və İranın münasibəti haqda bunları deyib:«Bu sayaq ittihamlar «körpülərin yanması» deməkdir. Onlarla münasibət bərpa ola bilməz».

Geri dön