Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İki ayda hər bir ölkə sakini 142,1 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > İki ayda hər bir ölkə sakini 142,1 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib

İki ayda hər bir ölkə sakini 142,1 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib


Bu ilin yanvar-fevral aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5 faiz artaraq 1 milyard 413,9 milyon manat olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 39 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 73,5 faizini təşkil edib. Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 142,1 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 7,6 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Geri dön