Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Malayziyada koronavirusa görə hərəkətə nəzarət müddəti uzadılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Malayziyada koronavirusa görə hərəkətə nəzarət müddəti uzadılıb

Malayziyada koronavirusa görə hərəkətə nəzarət müddəti uzadılıb


Malayziya hökuməti yeni koronavirusun yayılması ilə əlaqədar hərəkətə nəzarət müddətinin daha 14 gün uzadılması barədə qərar qəbul edib.

“The Star” qəzeti xəbər verir ki, Baş nazir Muhiddin Yassinin bu gün səslənən bəyanatına əsasən, martın 18-dən 31-dək nəzərdə tutulan hərəkətə nəzarət müddəti aprelin 14-dək uzadılıb. Buna səbəb kimi, ölkədə yeni koronavirusa yoluxanların sayının artması göstərilir.

Xatırladaq ki, tətbiq olunan hərəkətə nəzarət rejiminə görə vətəndaşların mağaza və apteklər istisna olmaqla evdən çıxışına, yaşadıqları rayonun və ştatın ərazisini tərk etməsinə və 50 nəfərdən artıq insanın bir yerə toplanmasına icazə verilmir.

Baş nazir müraciətində deyib: “Bu tendensiyanın hələ bir müddət davam edəcəyini nəzərə alan hökumət belə bir qərar qəbul etməli olub. Mən bu barədə əvvəlcədən xəbərdar edirəm ki, hamı hazırlaşa bilsin”.

Əlavə olaraq qeyd edək ki, Malayziya Səhiyyə Nazirliyinin martın 25-də yaydığı son məlumata əsasən, ölkədə 172 yeni yoluxma halı qeydə alınıb. Beləliklə, Malayziya üzrə yeni koronavirusa yoluxanların sayı 1796 nəfər təşkil edib.

Geri dön