Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney azərbaycanlı fəal Əli Əzizi sərbəst buraxılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney azərbaycanlı fəal Əli Əzizi sərbəst buraxılıb

Güney azərbaycanlı fəal Əli Əzizi sərbəst buraxılıb


Güney azərbaycanlı milli-mədəni fəal Əli Əzizi Təbrizin Mərkəzi Zindanından müvəqqəti olaraq sərbəst buraxılıb.



O martın 25-də 500 milyon tümənlik mülki vəsiqə qarşılığında azad edilib.



Təhlükəsizlik qüvvələri fevralın 23-də fəalın ata evinə müraciət edərək onu yaxalayıb.

Fəalın valdeyinləri, təhlükəsizlik qüvvələri məhkəmə hökmü təqdim etmədiyi üçün onlara müqavimət göstərib, buna baxmayaraq məmurlar fəalı qanunsuz şəkildə saxlayaraq naməlum istiqamətə aparmışdır.



Təbriz İnqilab Məhkəməsinin 16-cı Şöbəsi fəalın “sistemin əleyhinə təbliğat aparmaq və qanunsuz GAMAC Təşkilatına üzv olmaq” ittihamı üzrə saxlandığını elan edib.



Ötən günlərdə Urmiya 2 nömrəli Cinayət Məhkəməsinin 101-ci şöbəsi Əli Əzizi və daha 5 güney azərbaycanlı fəal barəsində qərar çıxarıb. Fəallar 2019-cu il noyabr etirazlarında Urmiyada keçirilən aksiyalarda iştirak etdiklərinə görə “ümumi asayişi pozmaq”da ittiham olunaraq 8 ay həbsi əvəz edən 15 milyon rial nağd cərimə və 20 şallaq zərbəsinə məhkum edilib. Məhkəmə Əli Əzizi barəsində qiyabi qərar çıxarıb.

Geri dön