Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney azərbaycanlı idmançı: Nə üçün şəhərə giriş yollarını bağlamırsınız?!
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney azərbaycanlı idmançı: Nə üçün şəhərə giriş yollarını bağlamırsınız?!

Güney azərbaycanlı idmançı: Nə üçün şəhərə giriş yollarını bağlamırsınız?!


Tanınmış güney azərbaycanlı idmançı Kərim İsmayılzadə (Kərim Boksor) koronaviris epidemiyasına qarşı görülən tədbirlərlə bağlı Təbriz şəhərinin səlahiyyətli məsullarını tənqid edib.



O bu barədə qısa video paylaşaraq fikirlərini yerli məsullar və şəhər əhalisinə çatdırıb.

“Evdə qalın deməklə problem həll oluna bilməz. Şəhərin giriş yolları bağlanmalıdır. Mən özüm bir saat Təbrizin giriş yolunda idim. Orada tıxac yaşanır. Müxtəlif şəhərlər, o cümlədən Məşhəddən Təbrizə səfər edirlər. Belə bir vəziyyətdə evdə qalmağın nə mənası var?!”- deyə o bildirib.

Son rəsmi məlumata görə, hal-hazırda Şərqi Azərbaycan Əyalətində 1094 nəfərdə koronavirus aşkarlanıb, onlardan 105 nəfəri həyatını itirib.

Geri dön