Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ağcabədidə prospekt və küçələr, çoxmənzilli binalar dezinfeksiya olunur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Ağcabədidə prospekt və küçələr, çoxmənzilli binalar dezinfeksiya olunur

Ağcabədidə prospekt və küçələr, çoxmənzilli binalar dezinfeksiya olunur


Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə respublikamızın hər yerində olduğu kimi Ağcabədi rayonunda da dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər davam etdirilir. Vətəndaşların koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq genişmiqyaslı profilaktik tədbirlər həyata keçirilir.

Rayondakı 62 ümumtəhsil məktəbində, 36 məktəbəqədər uşaq müəssisələrində, həmçinin klub, kitabxana və digər mədəniyyət müəssisələrində, inzibati binalarda dezinfeksiya işləri aparılıb. Hazırda Ağcabədi şəhərinin küçə və prospektləri, çoxmənzilli yaşayış binalarının həyətləri xüsusi ayrılmış avtomobillər vasitəsilə dezinfeksiya edici məhlullarla yuyulur. Binaların girişləri və bloklar, dövlət idarələrinin binaları xüsusi məhsulla dezinfeksiya edilir, rayonun yaşayış məntəqələrində əhali arasında maarifləndirmə işləri həyata keçirilir.

Geri dön