Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mal-qaranın toplu ölümündən sonra Əndəryan qızıl mədəninin fəaliyyəti dayandırıldı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Mal-qaranın toplu ölümündən sonra Əndəryan qızıl mədəninin fəaliyyəti dayandırıldı

Mal-qaranın toplu ölümündən sonra Əndəryan qızıl mədəninin fəaliyyəti dayandırıldı


Güney Azərbaycanın Vərziqan bölgəsinin Əndəryan kəndinin yaxınlığında yerləşən qızıl mədəninin ətrafında mal-qaranın toplu şəkildə ölümündən sonra Şərqi Azərbaycan əyalətinin Ətraf Mühit Mühafizəsi İdarəsi mədənin fəaliyyətini dayandırıb.



İranın rəsmi xəbər agentliyi “İRNA”-nın verdiyi məlumata görə, Ətraf Mühit Mühafizəsi İdarəsinin rəisi Həmid Qasimi mədən ətrafında baş verən qoyunların ölüm faktı səbəblərinin dəqiq araşdırılması üçün mədənin fəaliyyətinin müvəqqəti olaraq dayandırlması ilə bağlı müvafiq qərar verildiyini bildirib.





Qasimi əlavə edib ki, Şərqi Azərbaycanın Baytarlıq və Ətraf Mühit Mühafizəsi idarələrinin ekspertləri qoyunların öldüyü ərazilərdən nümunələr götürüblər.



O bildirib ki, “testlərin cavabı bəlli olduqdan sonra növbəti qanuni addımlar atılacaq”.



Ötən gün ictimai şəbəkələrdə mədənin ətrafında toplu şəkildə ölən qoyunların şəkilləri yayılıb. Bu isə cəmiyyətin geniş reaksiyasına səbəb olub.





Qeyd edək ki, Təxminən 30 milyon ton ehtiyatı olan Əndəryan mədəni Şərqi Azərbaycan əyalətinin Vərziqan məntəqsində yerləşir. Əndəryan Qızıl Mədənində qızıl hasilatı üçün qeyri-standart və köhnə üsuldan istifadə olunur. Mədənin fəaliyyətinin ətraf mühitə vurduğu ziyana görə dəfələrlə etirazlar olsa da, İran rəsmiləri faktları gizlədərək mədənin fəaliyyətinin davam etməsinə şərait yaradıblar. Ekspertlərin fikrincə, mədəndə hər gün təxminən bir ton natrium sianid istehlak olunur. Bu, çox təhlükəli və zəhərli maddədir. Həmin maddə havanı çirkləndirir və sonda yağıntılar zamanı torpağa daxil olur. Həmin maddə sonralar yeraltı sularını da çirkləndirə bilər. Bu şəkildə ətraf mühit təhlükəli maddə ilə çirklənmiş olur.



Daha öncə Şərqi Azərbaycan Kənd Təsərrüfatı Araşdırmalar Mərkəzinin sədri Əhməd Baybordi Əndəryan içməli suyunun zəhərlənməsi ilə bağlı Kənd Təsərrüfatı idarəsinin gizli hesabat hazırladığını, test cavablarının Ətraf Mühit Mühafizəsi İdarəsinin məmurları tərəfindən dəyişdirildiyi və təhrif olunduğunu demişdi.



Baybordinin sözlərinə görə, laboratoriyada əldə olunan nəticələr göstərir ki, kəndin suyunun sianid ilə çirklənmə nisbəti normal su ilə müqayisədə 5 dəfə daha çoxdur, lakin məmurlar statistik manipulyasiya yolu ilə onu bir neçə dəfə azaldıblar.



O əlavə etmişdir ki, “Kənd Təsərrüfatı İdarəsinin Təhlükəsizlik şöbəsindən göndərilən gizli hesabatda bu sudan istifadə edən mal-qaranın öldüyü vurğulanmışdır, məhz buna görə də suyun tərkibini araşdırmaq üçün ondan nümunələr götürüb laboratoriyada analiz etdik”.





Neçə ay öncə Şərqi Azərbaycanın bir qrup ətraf mühit fəalları İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisiyə açıq məktub ünvanlayaraq Əndəryan qızıl mədəninin ətraf mühitə ziyan vurduğunu bildirib və məhkəmənin bu məsələyə müdaxilə etməsini tələb etmişdilər.



Yaxın Şərqin ən böyük mis və qızıl yataqlarına sahib olmasına baxmayaraq, Vərziqan əhalisi işsizlikdən və yoxsulluqdan əziyyət çəkir. Mədənlərin hasilatı emal üçün fars bölgələrinə göndərilir və əldə edilən gəlir o bölgələrə sərf olunur.

Geri dön