Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanlı rəssam-heykəltəraş koronavirusla bağlı əsər hazırlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Azərbaycanlı rəssam-heykəltəraş koronavirusla bağlı əsər hazırlayıb

Azərbaycanlı rəssam-heykəltəraş koronavirusla bağlı əsər hazırlayıb


Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən azərbaycanlı rəssam-heykəltəraş Gülnarə Pamuk Muxtarova dünyada öz təsirini göstərməyə davam edən yeni növ koronavirusla bağlı “2020-ci ilin fəlakəti” mövzusunda rəsm əsəri hazırlayıb.

Bu barədə AZƏRTAC-a məlumat verən rəssam deyib: “Əsas məqsədim bu virusun yayılma və insanlar arasında törətdiyi fəsadlara dünya ictimaiyyətinin diqqətini cəlb etməkdir. Mən inanıram ki, çox yaxın zamanda dünyanı öz təsiri altına salan bu virus yox olacaq. Lakin bu xəstəliyin qurbanlarının xatirələrinin əbədiləşdirilməsi və bu günlərdə yaşananların yaddaşlardan silinməməsi üçün öz sahəm üzrə bir işə görmək istədim. Mənim fikrimcə qadınlar dünyanın ən güclü varlıqlarıdırlar. Hər vəziyyətdə ailəni birləşdirib çətinliklərə sinə gərməyi bacarırlar. Dünya da bizim evimizdir və biz bir ailəyik. Bu səbəbdən əsərdə məhz qadın obrazının həkk olunmasını daha məqsədəuyğun hesab etdim”.

Yağlı boya ilə çəkilmiş rəsm əsəri dörd günə hazırlanıb.

Azərbaycanlı rəssam-heykəltəraş koronavirusla bağlı əsər hazırlayıb

Geri dön