Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Estoniyada koronavirusa yoluxanların sayı 575 nəfərə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Estoniyada koronavirusa yoluxanların sayı 575 nəfərə çatıb

Estoniyada koronavirusa yoluxanların sayı 575 nəfərə çatıb


Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 37 nəfər artaraq 575-ə çatıb.

Bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 8121 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə götürülən 1010 nəfərin analizinin 37-nin nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, ölkədə bu günə qədər koronavirusdan 1 ölüm hadisəsi qeydə alınıb.

Geri dön