Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran həbsxanalarının birindən 80-dan çox məhbus qaçıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran həbsxanalarının birindən 80-dan çox məhbus qaçıb

İran həbsxanalarının birindən 80-dan çox məhbus qaçıb


İranın Kürdüstan əyalətinin Saqqız şəhərində yerləşən həbsxanadan 80-dan çox məhkum qaçıb.



Yayılan xəbərlərə görə, məhkumlar öncə həbsxanada qiyam ediblər. Yaranan qarışıqlıq nəticəsində onlardan 80 nəfərdən çoxu qaçmağa müvəffəq olub.



Məhbuslar koronavirus səbəbindən məzuniyyətə buraxılmamaları və həbsxananın anti-sanitar şəraitinə görə etiraz ediblər.



Polis qaçan bir neçə məhkumu saxlaya bilib. Lakin əksər məhbuslar qaçmağa müvəffəq olduğundan, onların ölkəni tərk edə bilməmələri üçün sərhəd bölgələrinə gedən bütün yollar qapadılıb.



Ötən günlər ərzində də oxşar səbəblərə görə Əligudərz, Fəşafuyə və Təbriz zindanlarında məhkumların qiyamı baş vermişdi.

Geri dön