Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tehranda ictimai nəqliyyatın hərəkəti dayandırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Tehranda ictimai nəqliyyatın hərəkəti dayandırılıb

Tehranda ictimai nəqliyyatın hərəkəti dayandırılıb


İranın Koronavirusun İdarəetmə Qərargahı Komandanlığı Şurası Tehran şəhərində ictimai nəqliyyatın fəaliyyətininin dayandırılmasına dair qərar qəbul edib.



Qərara əsasən, artıq şəhərdə metro, avtobus və servis avtobusları kimi ictimai nəqliyyat növlərinin hərəkəti məhdudlaşdırılır.



Lakin yanacaq daşıyan, təcili tibbi yardım, ərzaq və dərman daşıyan, eləcə də polis və təhlükəsizlik orqanlarına məxsus nəqliyyat vasitələri kimi xüsusi təyinatlı avtomobillərin istər şəhər daxilində hərəkətinə, istərsə də Tehran əyalətindən kənara çıxmasına icazə verilir.



Qeyd etmək lazımdır ki, bu qərarın qəbulundan bir neçə saat əvvəl Tehran Şəhər Şurasının sədri Möhsün Haşimi Rəfsəncani koronavirusun yayılmasının qarşısını almaq üçün rəsmiləri ictimai nəqliyyatın hərəkətini məhdudlaşdırmağa çağırmışdı.

Geri dön