Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Traxtur”un baş məşqçisindən böyük uğur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Traxtur”un baş məşqçisindən böyük uğur

“Traxtur”un baş məşqçisindən böyük uğur


“Traxtur”un baş məşqçisi Sakit İlhami qısa müddətdə böyük uğura imza atıb.



Məlumata görə, ötən il (İranda yeni il Novruz bayramında başlayır) ölkə üzrə super liqa yarışlarında iştirak edən baş məşqçilərin komandasına qazandırdığı xallar hesablanıb. Sakit İlhaminin Qabril Kalderondan sonra bütün baş məşqçilər arasında ikinci yerdə qərarlaşdığı məlum olub.



Qabril Kalderon “Perspolis” komandasından ayrıldığı üçün Sakit İlhami ən çox xal qazanan baş məşqçi kimi qəbul olunur. O 9 oyunda toplam olaraq 19 xal, orta hesabla isə hər oyunda 2.111 xal əldə edərək belə bir uğura imza atıb.



Sakit İlhami 19-cu super liqa yarışlarının əvvəlində adi məşqçi kimi “Traxtur” komandasında, sonra isə Təbrizin “Maşınsazi” komandasında fəaliyyət göstərib. O baş məşqçi Mustafa Dənizli “Traxtur”dan ayrıldıqdan sonra onun yerinə gətirildi. Bundan sonra “Traxtur” komandası yarışlarda güclü çıxış edərək çempion olmaq iddiası ilə gündəmə gəldi. Hazırda “Traxtur” 37 xalla turnir cədvəlinin üçüncü yerində qərarlaşıb.

Geri dön