Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Qazax Sement Zavodu” MMC rayondakı bütün tənha yaşlıları bir aylıq ərzaqla təmin edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > “Qazax Sement Zavodu” MMC rayondakı bütün tənha yaşlıları bir aylıq ərzaqla təmin edib

“Qazax Sement Zavodu” MMC rayondakı bütün tənha yaşlıları bir aylıq ərzaqla təmin edib


Koronavirus (COVID-19) infeksiyasının respublikamızda yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimində daha çox sosial dəstəyə ehtiyacı olan şəxslər daim diqqət mərkəzində saxlanılır, onların sağlamlığının qorunması üçün bütün zəruri tədbirlər həyata keçirilir.

Ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq, “Qazax Sement Zavodu” MMC Qazax rayonu və sərhədyanı kəndləri də daxil olmaqla bütün kəndlərdə yaşayan, yaşı 65-i ötmüş tənha şəxsləri evlərində ziyarət edərək, onlara bir aylıq ərzaq məhsulları paylayıb.

MMC-dən bildiriblər ki, Qazax Rayon İcra Hakimiyyətinin nümayəndələrinin və könüllülərin də iştirakı ilə təşkil olunan ziyarət zamanı rayon üzrə 130 tənha yaşlıya ərzaq payları çatdırılıb və infeksiyanın yayılmaması üçün onlara zəruri tövsiyələr verilib.

Məqsəd yaşlı insanları zəruri gündəlik tələbat malları ilə təmin etməklə onların evdə qalmaları və sağlamlıqlarının qorunmasıdır.

Geri dön