Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda daha 139 nəfər koronavirusdan ölüb. Ölənlərin sayı 2517 nəfərə yüksəlib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda daha 139 nəfər koronavirusdan ölüb. Ölənlərin sayı 2517 nəfərə yüksəlib

İranda daha 139 nəfər koronavirusdan ölüb. Ölənlərin sayı 2517 nəfərə yüksəlib


İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bu gün mediaya açıqlamasında ölkədə son bir sutka ərzində koronavirusdan ölənlərin və xəstəliyə yoluxanların yeni statistikasını yayıb.



Cahanpur deyib ki, son 24 saat ərzində İran laboratoriyalarında daha 3076 nəfərin koronavirusa yoluxduğu aşkar edilərək qeydə alınıb: “Təəssüflər olsun ki, dünən günorta saatlarından indiyə qədər ölkədə daha 139 nəfər koronavirusdan ölüb. Bununla da bu günə qədər ölkədə “Covid-19” virusundan ölənlərin ümumi sayı 2517 nəfərə, infeksiyaya yoluxanların ümumi sayı isə 35 min 408 nəfərə yüksəlib.



Xoşbəxtlikdən, bu günə qədər xəstəliyə yoluxanlar arasında sağalanların da sayı artaraq, 11679 nəfərə çatıb. Həmçinin hazırda virusa yoluxmuş xəstələrdən 3206 nəfərinin səhhəti ağır olaraq qalır” -deyə, İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Geri dön