Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İkinci Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > İkinci Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb

İkinci Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb


Azərbaycan Prezidenti İlham Əliyev və xanım Mehriban Əliyeva forumun açılışında iştirak edib

Bu gün Bakıda Heydər Əliyev Mərkəzində İkinci Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edib.

Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir.

Forum multikulturalizmin nailiyyətləri və problemləri, dünyanı dəyişən müasir texnologiyalar, elmlərin konvergensiyası, biotexnologiyalar və etikanın problemləri, inkişafın iqtisadi modellərinin humanitar aspektləri, sosial jurnalistika və yüksək texnologiyalar, postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemləri kimi aktual mövzular üzrə fəal müzakirələr və fikir mübadiləsi ilə yadda qalıb.

Forumun həmtəsisçiləri Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putindir.

Bakı Beynəlxalq Humanitar Forumunun əsas məqsədi humanitar və inteqrativ impulsların yaradılması ilə yanaşı, gələcəkdə beynəlxalq səviyyədə humanitar çağırışları aktuallaşdırmaqdan ibarətdir. Forumun vəzifəsi ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün nəzəri və tətbiqi platforma yaratmaqdır.
Tədbirin nəticəsi beynəlxalq təşkilatlara, dünya ölkələrinə və ayrılıqda hər bir şəxsə ünvanlanmış tövsiyələr və müraciətlərdə təcəssüm olunur.

İkinci Bakı Beynəlxalq Humanitar Forumunda 70 ölkəni və 7 mötəbər beynəlxalq təşkilatı təmsil edən 694 nəfər iştirak edirlər. Onlardan 10 nəfəri sabiq dövlət başçısı, 11-i Nobel mükafatı laureatı, 5-i dünyanın nüfuzlu fəxri professoru (Emeritus professor), 10-u mötəbər beynəlxalq təşkilatları təmsil edən rəhbər vəzifəli şəxs, 55-i görkəmli ictimai və siyasi xadimdir.
Forumda müxtəlif ölkələrdən olan görkəmli elm və mədəniyyət xadimlərinin, o cümlədən Nobel mükafatı laureatlarının iştirakı ilə “dəyirmi masa”lar təşkil olunacaq.

İkigünlük Forum çərçivəsində qonaqlar üçün Azərbaycanın paytaxtı Bakı şəhəri və ölkənin regionları, Azərbaycan xalqının zəngin mədəni irsi və incəsənəti ilə tanış olmaq üçün geniş proqramlar təşkil olunacaq. Forum işini davam etdirir.

Geri dön