Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Çində qatar relsdən çıxıb, ölən və yaralananlar var
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hadisə > Çində qatar relsdən çıxıb, ölən və yaralananlar var

Çində qatar relsdən çıxıb, ölən və yaralananlar var


Çinin Xunan vilayətində sərnişin qatarının beş vaqonunun relsdən çıxması nəticəsində bir nəfər ölüb, 4-ü ağır olmaqla 127 nəfər yaralanıb.

Cinan şəhərindən Quancou şəhərinə gedən qatar yerli vaxtla saat 11:40-da (Bakı vaxtı ilə 7:40) Xunan vilayətinin Yonsin dairəsində relsdən çıxıb. Qəzaya səbəb son günlər yağan yağışların yaratdığı torpaq sürüşməsi olub.

Qatarın maşinisti sürüşməni gördükdən dərhal sonra əyləci basıb qatarı saxlamağa çalışsa da, bu, nəticəsiz olub. Qəza zamanı qatarın lokomotivində yanğın da əmələ gəlib.

Hadisə yerinə gələn xilasedicilər yaralıları xəstəxanalara çatdırıblar.

Geri dön