Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbrizdə intihara cəhdin qarşısı alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbrizdə intihara cəhdin qarşısı alınıb

Təbrizdə intihara cəhdin qarşısı alınıb


Güney Azərbaycan şəhərlərində intihar hadisələrinin ardı-arası kəsilmir.



Bu dəfə Təbriz şəhərində hələlik kimliyi məlum olmayan bir qadının intihara cəhd göstərdiyi bildirilir.



Bu barədə Təbriz Bələdiyyə İdarəsinin Fövqəladə Hallar Bölümünün icraçı direkoru mətbuata məlumat verib.

“Çərşənbə axşamı günü saat 11 radələrində “Mərzdaran” şəhərciyində bir qadının intihara cəhd etdiyi barədə məlumat daxil oldu. Hadisə bir binanın 5-ci mərtəbəsində baş vermişdir. Dərhal hadisə yerinə xilasedici qrup göndərildi.”- deyə Hadi Bədri Hamid bildirib.



Onun sözlərinə görə, xilasedicilər 6-cı mərtəbənin balkonundan 5-ci mərtəbəyə daxil olaraq intiharın qarşısını alıblar.



Hadi Bədri Hamid azərbaycanlı qadının kimliyi və intihara cəhd faktının təfərrüatı barədə heç bir məlumat verməyib.



Güney Azərbaycanda intihar faktlarının artması təsadüfi deyil. Bir çoxları bölgədə intihar göstəricilərinin yüksək olmasını sosial ədalətsizliklə əlaqədarir. Ölkə əhalisinin yaşadığı ümidsizlik, ailədaxili münaqişələr, narkomaniya (mötadlıq), işsizlik, yoxsulluq və s. kimi problemlər şübhəsiz ki, insanların ictimai və fərdi həyatını dərindən ətkiləyir və özünə qəsd kimi hadisələrə yol açır.

Geri dön