Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Özbək mənşəli Rusiya milyarderi Əlişir Usmanov Özbəkistanda koronavirusla mübarizəyə 20 milyon dollar ayırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Özbək mənşəli Rusiya milyarderi Əlişir Usmanov Özbəkistanda koronavirusla mübarizəyə 20 milyon dollar ayırıb

Özbək mənşəli Rusiya milyarderi Əlişir Usmanov Özbəkistanda koronavirusla mübarizəyə 20 milyon dollar ayırıb


Özbək mənşəli Rusiya milyarderi, “USM Holdings”in sahibi Əlişir Usmanov Özbəkistanda koronavirusla mübarizəyə 20 milyon dollar ayırıb.

Özbəkistan mətbuatı xəbər verir ki, vəsait Daşkənd vilayətinin Zəngiata rayonunda koronavirusa yoluxanların müalicə ediləcəyi xəstəxananın tikintisinə yönəldiləcək.

Bildirilir ki, xəstəxana ən müasir səhiyyə avadanlığı ilə təchiz olunacaq.

Özbək mətbuatı, həmçinin məlumat verir ki, Əlişir Usmanov koronavirusla bağlı Daşkənddəki evində özünü təcrid edib, heç kimlə, hətta doğma və əzizləri ilə də görüşmür.
Xatırladırıq ki, Əlişir Usmanov Özbəkistanın Namanqan vilayətinin Çust rayonunda anadan olub, Rusiyanın və Böyük Britaniyanın ən zəngin iş adamlarından biridir.

Geri dön