Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda daha 124 nəfər koronavirusdan ölüb, əlavə 2875 nəfərin də infeksiyaya yoluxması aşkar edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda daha 124 nəfər koronavirusdan ölüb, əlavə 2875 nəfərin də infeksiyaya yoluxması aşkar edilib

İranda daha 124 nəfər koronavirusdan ölüb, əlavə 2875 nəfərin də infeksiyaya yoluxması aşkar edilib


İranda son bir sutka ərzində daha 124 nəfər koronavirusdan ölüb, əlavə 2875 nəfərin də infeksiyaya yoluxması aşkar edilib.



Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 2-də mediaya açıqlamasında məlumat yayıb.



Cahanpur deyib ki, ölkədə daha 124 nəfərin infeksiyadan ölməsi ilə, İranda koronavirusdan ölənlərin ümumi sayı 3160 nəfərə yüksəlib: “Həmçinin ötən gün daha 2875 nəfərin “Covid-19” infeksiyasına yoluxması ilə ölkədə koronavirusa yoluxanların ümumi sayı artaraq, 50 min 468 nəfərə çatıb.



Xoşbəxtlikdən xəstəlikdən sağalıb xəstəxanalardan evə buraxılanların sayı da artaraq, 16711 nəfərə yüksəlib.



Təəssüflər olsun ki, hazırda virusa yoluxanlardan 3956 nəfərinin durumu ağır olduğundan həmin xəstələr həkimlərin ciddi nəzarəti altında saxlanılırlar” -deyə, Kiyanuş Cahanpur bildirib.

Geri dön