Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi davam edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Diaspor > Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi davam edəcək

Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi davam edəcək


Dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) səbəbindən Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi, eləcə də xarici vətəndaşların öz yurdlarına göndərilməsi davam edəcək.

Bu barədə Xarici İşlər naziri Mövlud Çavuşoğlu məlumat verib. Nazir diqqətə çatdırıb ki, hökumət mart ayında iki mərhələdə 17 ölkədən 5 min 528 vətəndaşın ölkəyə gətirilməsini təmin edib. Ümumilikdə isə ölkəyə təxliyə olunanların sayı 20 mindən çoxdur. Qəbul olunan qərarlar çərçivəsində təxliyə edilən şəxslər bəlli müddətdə karantində saxlanılır. Hazırda 1700 əlcəzairlinin öz ölkəsinə, 1200 türkün isə oradan Türkiyəyə gətirilməsi planlaşdırılır. Bunun ardınca təxminən 1000 türkiyəli Səudiyyə Ərəbistanından vətənə təxliyə olunacaq. Virus səbəbindən xarici ölkələrdə dünyasını dəyişən türklərin ümumi sayı 124 nəfərə çatıb.

Geri dön