Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Diaspor təşkilatlarından #Evdəqal çağırışına dəstək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Diaspor > Diaspor təşkilatlarından #Evdəqal çağırışına dəstək

Diaspor təşkilatlarından #Evdəqal çağırışına dəstək


Dünyada COVID-19 pandemiyasının yayılması ilə əlaqədar insanlara evdə qalmaq və ciddi zərurət olmadığı halda yaşadıqları yeri tərk etməməklə bağlı çağırışlar edilir. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımız, diaspor təşkilatları, koordinasiya şuraları, Azərbaycan evləri, “Qarabağ” Azərbaycan məktəbləri də dövlətimizin #Evdəqal çağırışına dəstək verərək, azərbaycanlılara müraciət ünvanlayıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, müraciətdə deyilir: “Əziz həmvətənlər, bütün dünyanı bürümüş COVID-19 pandemiyası bir sıra qabaqlayıcı tədbirlərin görülməsini zəruri edir. Bunlardan biri də virusun daha geniş yayılmasının qarşısını almaq üçün ciddi zərurət olmadıqda yaşadığımız yeri tərk etməməkdir. Bununla biz həm özümüzü, həm də doğmalarımızı qoruyur, dövlətimizə vətəndaş dəstəyi göstərmiş oluruq.

Mövcud vəziyyəti nəzərə alaraq, yaşadığı ölkədən asılı olmayaraq, bütün soydaşlarımızı #Evdəqal çağırışına qoşulmağa və virusun yayılmasının qarşısını almaqda dəstək verməyə çağırırıq.

Bir daha diqqətinizə çatdırırıq ki, Diasporla İş üzrə Dövlət Komitəsində martın 12-dən 24 saat fəaliyyət göstərən operativ qərargah yaradılıb. Sizləri maraqlandıran suallar, problemlər ilə bağlı www.diaspora.support, info@diaspora.support ünvanlarına müraciət edə bilərsiniz. Müraciət edən hər bir soydaşımızın sualı operativ cavablandırılır, zərurət olduqda müvafiq qurumlara yönləndirilir və problemlərin aradan qaldırılması istiqamətində çevik addımlar atılır.

Geri dön