Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Londonun yarım milyondan çox sakini koronavirusa yoluxmuş ola bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Londonun yarım milyondan çox sakini koronavirusa yoluxmuş ola bilər

Londonun yarım milyondan çox sakini koronavirusa yoluxmuş ola bilər


Böyük Britaniya paytaxtında rəsmən 9 min 291 COVID-19 xəstəliyi qeydə alınsa da, Londonun 600 minə yaxın sakini artıq yeni koronavirus infeksiyasına yoluxmuş ola bilər.

“Financial Times” qəzeti xəbər verir ki, bu barədə Londonun İmperiya Kolleci məlumat yayıb.

Tədqiqatçıların sözlərinə görə, artıq martın 28-də ölkə əhalisinin 1,2-5,4 faizinin koronavirusa yoluxması mümkündür, rəsmi statistika isə infeksiyanın simptomsuz keçməsi və test imkanlarının məhdud olması səbəbindən bunu nəzərə almır.

Alimlərin fikrincə, xəstəliyin 2,7 faizlik orta göstəricisi nəzərə alınmaqla, əhalisi 8,9 milyon nəfərə çatan Londonun hər 15-ci sakininin artıq yoluxduğunu demək mümkündür.

Hökumətin yalnız ağır xəstələrin test edilməsi siyasəti Böyük Britaniyada kəskin tənqidlərə səbəb olur. Səhiyyə və Sosial Məsələlər üzrə nazir Mett Henkok aprelin sonlarına qədər ölkədə testlərin sayının 10 dəfə artırılaraq gün ərzində 100 minə çatdırılacağını bildirib.

Qeyd edək ki, 2019-cu ilin sonlarında Çinin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində yeni koronavirusun səbəb olduğu xəstəlik sürətlə yayılmağa başlayıb və tez bir zamanda demək olar ki, bütün dünyanı əhatə edib. Son məlumata görə, Birləşmiş Krallıqda 33 min 718 yoluxma halı təsdiqlənib, ölənlərin sayı isə 2 min 921 nəfərə çatıb.

Geri dön