Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qırğızıstanda koronavirusa yoluxanların sayı 14 nəfər artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Qırğızıstanda koronavirusa yoluxanların sayı 14 nəfər artıb

Qırğızıstanda koronavirusa yoluxanların sayı 14 nəfər artıb


Son sutka ərzində Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı 14 nəfər artaraq 144-ə çatıb.

Bunu Qırğızıstan Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi Kasımbek Mambetov Bişkekdə keçirdiyi brifinqdə deyib. O bildirib ki, son 24 saat ərzində koronavirusa ən çox Cəlalabad vilayətində yoluxma halı qeydə alınıb - 6 nəfər. İndiyədək koronavirusa tutulan 9 xəstə sağalaraq evə buraxılıb, 4 nəfər isə ağır vəziyyətdə reanimasiya şöbəsindədir, bir xəstə ölüb.

Ölkədə 9 tibb işçisi koronavirusa yoluxub və onlar da digər xəstələr kimi müalicəni davam etdirirlər. Hazırda ölkədə karantində 2 minə yaxın insan var.

Geri dön