Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Özbəkistanda bu gündən karantin rejimi daha da sərtləşdirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Özbəkistanda bu gündən karantin rejimi daha da sərtləşdirilib

Özbəkistanda bu gündən karantin rejimi daha da sərtləşdirilib


Koronavirusla əlaqədar Özbəkistanda aprelin 5-dən karantin rejimi daha da sərtləşdirilib.

Özbəkistan Nazirlər Kabineti yanında Operativ Qərargah xəbər verir ki, bu gündən küçəyə velosiped və skuterlərlə də çıxmaq qadağan olunub.

Xatırladaq ki, Özbəkistanda martın 16-dan aprelin sonunadək xarici ölkələrlə nəqliyyatın, martın 27-dən vilayətlər arasında ictimai nəqliyyatın hərəkətinə, martın 30-dan aprelin 20-dək fərdi maşınların küçəyə çıxmasına tam qadağa qoyulub. Dövlət və xidmət sahələrinin maşınları xüsusi icazə vərəqələri ilə işləyir. Ölkədə koronavirusa tutulanların sayı 266 nəfərdir.

Geri dön