Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiyada 40 dəqiqə ərzində cavabı çıxan koronavirus ekspress-testi hazırlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Rusiyada 40 dəqiqə ərzində cavabı çıxan koronavirus ekspress-testi hazırlanıb

Rusiyada 40 dəqiqə ərzində cavabı çıxan koronavirus ekspress-testi hazırlanıb


Rusiyanın “Generium” şirkəti koronavirusun aşkar edilməsi üçün ölkədə ilk ekspress-test hazırlayıb.

Test Rusiya Federal Səhiyyə Sahəsinə Nəzarət Agentliyində qeydiyyatdan keçib. Yeni test 40 dəqiqə ərzində 94 faiz dəqiqliklə insanda koronavirusun olub-olmamasını müəyyən edir.

Bundan əlavə, aprelin 6-dan Rusiyada ev şəraitində test sifariş verilməsi xidməti fəaliyyətə başlayır. Yeni servis testdən keçmək istəyən hər kəsə koronavirusa yoluxub-yoluxmadığını müəyyən etmək imkanı verir. Xidmətlər pulludur. Rusiya Molekulyar Diaqnostika Mərkəzinin əməkdaşları sifarişçinin evinə gələrək, diaqnoz dəstini ona verir, sifarişçi biomaterialı özü götürərək mərkəzin əməkdaşına qaytarır. Testin nəticələri 1-2 gün ərzində elektron poçta göndərilir.

Qeyd edək ki, aprelin 5-nə olan məlumata görə, Rusiyada 5 389 koronavirusa yoluxma faktı qeydə alınıb. Moskvada 3 893 nəfərdə bu infeksiya aşkar edilib.

Geri dön