Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Malidə terrorçuların hücumu nəticəsində 20-dən çox hərbçi həlak olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Malidə terrorçuların hücumu nəticəsində 20-dən çox hərbçi həlak olub

Malidə terrorçuların hücumu nəticəsində 20-dən çox hərbçi həlak olub


Bazar ertəsi gecəsi naməlum terrorçular Malinin şimal-şərqindəki hərbi düşərgəyə hücum ediblər.



“RİA Novosti”nin verdiyi xəbərə görə, nəticədə 20-dən çox hərbçi həlak olub.



Düşərgə Niger çayı sahilindəki Bamba şəhərində yerləşir. Ağır silahlarla yüklənmiş terrorçular avtomobil və motosikletlərlə şəhərə daxil olublar. Dinc sakinlərdən heç kəs xəsarət almasa da, çoxları şok vəziyyətindədir.



Hücum yeni tip koronavirusla əlaqədar Malidə elan olunmuş fövqəladə sanitar vəziyyəti fonunda baş verib. Ölkədə bütövlükdə 45 yoluxma qeydə alınıb.

Geri dön