Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Zərif: "İran Türkiyəyə koronavirusla mübarizədə hər cür kömək göstərməyə hazırdır"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Zərif: "İran Türkiyəyə koronavirusla mübarizədə hər cür kömək göstərməyə hazırdır"

Zərif: "İran Türkiyəyə koronavirusla mübarizədə hər cür kömək göstərməyə hazırdır"


İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon əlaqəsi yaradıb.



O, danışıqlar zamanı rəsmi Tehranın Ankaraya koronavirusla mübarizə istiqamətində lazım olan hər cür köməyi etməyə hazır olduğunu bəyan edib.



Zərif həmçinin ölkəsinin Türkiyə ilə koronavirusla mübarizədə əməkdaşlıq etməyə də hazır olduğunu dilə gətirib.



Qeyd etmək lazımdır ki, İran koronavirusla mübarizə aparmağa yetərli qədər tibbi ləvazimatının və maddi vəsaitinin olmadığını iddia edərək, Amerika sanksiyalarının ləğv edilməsini, eləcə də beynəlxalq qurumlar tərəfindən bu ölkəyə yardım edilməsini istəyir.

Geri dön