Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nərimanov rayonunda koronovirusla mübarizə çərçivəsində tədbirlər davam etdirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Nərimanov rayonunda koronovirusla mübarizə çərçivəsində tədbirlər davam etdirilir

Nərimanov rayonunda koronovirusla mübarizə çərçivəsində tədbirlər davam etdirilir


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq koronavirusa (COVID-19) qarşı mübarizə tədbirləri Nərimanov rayonu ərazisində də icra olunur.

İcra hakimiyyətindən bildiriblər ki, genişmiqyaslı tədbirlərin bir hissəsi olaraq Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ilə birgə rayonun küçələrində, ödəmə terminallarında və bankomatlarında, yaşayış binalarının həyətlərində, liftlərində intensiv şəkildə dezinfeksiya işləri aparılır.

Rayon icra hakimiyyətində yaradılmış Operativ Qərargahın üzvlərindən ibarət qruplar tərəfindən müəyyən edilmiş yaşlı və ehtiyacı olan vətəndaşlara, şəhid ailələrinə, tənhalara lazımi yardımların göstərilməsi istiqamətində işlər icra olunur və ərzaq yardımları göstərilir.

Nərimanov Rayon İcra Hakimiyyəti rayon sakinlərindən karantin rejiminə riayət etmələrini və yaranmış çətinlik və problemlə bağlı 1643 “qaynar xətti”nə müraciət etmələrini xahiş edir.

Geri dön