Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukraynada koronavirus: 1668 nəfər yoluxub, 52 nəfər ölüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Ukraynada koronavirus: 1668 nəfər yoluxub, 52 nəfər ölüb

Ukraynada koronavirus: 1668 nəfər yoluxub, 52 nəfər ölüb


Ukraynada koronavirusa yoluxanların sayı 1668 nəfərə çatıb ki, onların 100-dən çoxu uşaqdır. Ən çox yoluxma halı Kiyevdə qeydə alınıb.

Ölkənin Səhiyyə Nazirliyi xəbər verir ki, son sutkada 206 nəfər bu virusa yoluxub, onlardan 7 nəfəri ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 52 nəfərə çatıb. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı olub. 35 nəfər tam müalicə olunaraq evlərinə qayıdıb. Ukraynada koronavirusun yayılması ilə bağlı pik hədd aprelin 14-dən sonraya proqnozlaşdırılır.

Ukraynada koronavirusa yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır. Ölkənin 15 vilayətində koronavirusla bağlı fövqəladə vəziyyət elan edilib.

Qeyd edək ki, ölkədə aprelin 24-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.

Geri dön