Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avstraliyada COVID-19 koronavirusun yayılma sürəti aşağı düşüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Avstraliyada COVID-19 koronavirusun yayılma sürəti aşağı düşüb

Avstraliyada COVID-19 koronavirusun yayılma sürəti aşağı düşüb


Avstraliyada COVID-19 koronavirusun yayılma sürəti 2 faizədək aşağı düşüb. AZƏRTAC xəbər verir ki, bu barədə Avstraliyanın Səhiyyə naziri Qreq Hant aprelin 8-də keçirilən mətbuat konfransında məlumat verib.

Nazir əlavə edib ki, bu tendensiya artıq üç gündür müşahidə olunur. Bununla yanaşı, Q.Hant bu göstəricinin hər an arta biləcəyini də deyib. Nazir qeyd edib ki, bu uğurun əldə saxlanması üçün lazım olan bütün addımlar atılır.

Qeyd edək ki, son məlumatlara görə, Avstraliyada artıq 313 min nəfərdə koronavirus testləri keçirilib. Nazir əlavə edib ki, ölkədə virusun yayılma sürətinin aşağı düşməsinə sərhədlərin bağlanması mühüm təsir göstərib. İndi əsas vəzifə virusun ölkə daxilində yayılmasını tam nəzarətə almaqdır.

Əlavə olaraq bildirək ki, son məlumatlara əsasən Avstraliyada 5977 nəfər koronavirusa yoluxub və onlardan 49 nəfəri ölüb.

Geri dön