Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İspaniyada koronavirusdan ölənlərin sayı 15 mini keçib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > İspaniyada koronavirusdan ölənlərin sayı 15 mini keçib

İspaniyada koronavirusdan ölənlərin sayı 15 mini keçib


İspaniyada ötən sutka ərzində 683 nəfər yeni koronavirus səbəbindən həyatını itirib və beləliklə, epidemiya dövrü ərzində ölkədə COVID-19 xəstəliyindən ölənlərin sayı 15 min nəfəri keçib.

İspaniya Səhiyyə Nazirliyinin son məlumatına görə, koronavirus ölkədə 15 min 238 nəfərin həyatına son qoyub. Həmçinin ötən sutka ərzində 5,7 min yeni yoluxma halı qeydə alınıb və beləliklə, COVID-19 xəstələrinin sayı 152 mini ötüb. Eyni zamanda, koronavirusdan 52 min 165 nəfər sağalıb, aktiv xəstələrin sayı isə 85 min 43 nəfərdir.

Ölkənin paytaxtı Madriddə 44 minə yaxın insan xəstələnib, 5 min 800 nəfər ölüb. Kataloniyada isə 31 min yoluxma və 3 min 148 ölüm faktı qeydə alınıb.

İspaniya dünyada yoluxma hallarına görə ABŞ-dan sonra ikinci, ölüm hallarına görə isə İtaliyadan sonra ikinci yerdədir. Lakin son günlər virusun yayılma sürətində azalma müşahidə edilir.

Geri dön