Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dənizdə çalışan neftçilərin növbə dəyişməsinə başlanılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Dənizdə çalışan neftçilərin növbə dəyişməsinə başlanılıb

Dənizdə çalışan neftçilərin növbə dəyişməsinə başlanılıb


Dəniz obyektlərində xidmət aparan neftçilərin növbə dəyişməsinə başlanılıb.

“Azneft” İstehsalat Birliyindən bildirilib ki, hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirus pandemiyasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər davam etdirilir. İnsanlar arasında kütləvi yoluxmaların qarşısını almaq məqsədilə ölkəmizdə xüsusi karantin qaydaları tətbiq edilir. Buna baxmayaraq, həkimlər, polislər və digər mühüm peşə sahibləri ilə yanaşı, qəhrəman neftçilər də bu gün iş başındadırlar.

Artıq dəniz obyektlərində 15 gündən çox qalan işçilərin növbə dəyişməsinə başlanılıb. Belə ki, xüsusi ayrılmış karantin zonalarına yerləşdirilən işçilər həkim yoxlamalarından keçdikdən sonra qrup halında dənizə yola düşürlər. Bu günə kimi dəniz obyektlərində xidmət aparan təxminən 700 işçi növbə dəyişib. Proses mərhələli şəkildə davam etdirilir.

Qeyd edək ki, koronavirusun yayılmasına qarşı “Azneft” İstehsalat Birliyində qabaqlayıcı tədbirlər görülür. SOCAR-ın prezidentinin əmrinə əsasən, İstehsalat Birliyinin idarəetmə aparatında koronavirus pandemiyasının yayılmasının vaxtında qarşısının alınması, lazımi-zəruri profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə yaradılan fövqəladə əksepidemik qərargah hazırda tam gücü ilə öz fəaliyyətini davam etdirir. Həftənin 7 günü, sutkanın 24 saatı ərzində daxil olan müraciətlər araşdırılır və operativ qərarlar verilir. Birlikdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün zəruri olan bütün addımlar atılır, profilaktik tədbirlər daha da gücləndirilir, mövcud vəziyyət daim nəzarətdə saxlanılır.

Geri dön