Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran səfirliyi iranlı tələbələri Rusiyanı tərk etməyə çağırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran səfirliyi iranlı tələbələri Rusiyanı tərk etməyə çağırıb

İran səfirliyi iranlı tələbələri Rusiyanı tərk etməyə çağırıb


İranın Moskvadakı səfirliyinin Elm Mərkəzi iranlı tələbələri Rusiyanı tərk etməyə çağırıb.



Mərkəz yaydığı məlumatda buna səbəb kimi Rusiyada koronavirus pandemiyasının getdikcə yayılmasını göstərib. Məlumatda qeyd edilir ki, koronavirus böhranının yaxın zamanlarda aradan qalxma perspektivi olmadığından və bu yarımil ərzində təhsilin davam etməyəcəyinə dair böyük ehtimallar mövcud olduğundan, iranlı tələbələri Rusiyanı tərk etmək tövsiyə edilir.



Bir neçə gün öncə Rusiyada təhsil alan iranlı tələbələrdən birinin koronavirusa yoluxduğu barədə məlumatlar yayılmışdı.Hazırda Rusiyanın müxtəlif şəhərlərində 2500-dən çox iranlı tələbə təhsil alır.



İran səfirliyinin Elm Mərkəzi həmçinin bildirir ki, tələbələrə İrana qayıtmaq tövsiyəsi onların proqnozlaşdırılmamış, aradan qaldırılması mümkün olmayan və acı vəziyyətə düşmə ehtimalı nəzərə alınaraq edilir.



Rəsmi statistikalara əsasən, bu günə qədər Rusiyada koronavirus infeksiyasına 12 min adam yoluxub və onlardan 94 nəfəri ölüb.

Geri dön