Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Meşə ərazisi ilə Ağsudan Şamaxıya keçmək istəyənlər həbs olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hüquq > Meşə ərazisi ilə Ağsudan Şamaxıya keçmək istəyənlər həbs olunub

Meşə ərazisi ilə Ağsudan Şamaxıya keçmək istəyənlər həbs olunub


Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi qaydalarının təmin olunması məqsədilə xidmət aparan zaman 2 nəfər rayon sakini - Xəqani Əsədov və Elşən Cəbrayılovun meşə ərazisi ilə Şamaxı rayonuna keçmək istədikləri müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları həmin şəxslərə dayanmaları ilə bağlı xəbərdarlıq etsə də, onlar qaçmağa cəhd ediblər. X.Əsədov və E.Cəbrayılov saxlanılaraq Polis Şöbəsinə gətirilib, barələrində protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs inzibati həbs olunub.

Bundan başqa, Ağsu və Kürdəmir rayonları arasında yaradılan postda “KamAZ” markalı yük maşını postu keçərkən polisin “saxla” əmrinə tabe olmayıb. Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları nəqliyyat vasitəsini saxlamağa nail olublar və sürücünün Kürdəmir rayon sakini Sübhan Qədiyev olduğu müəyyən edilib. Sübhan Qədiyevin həmyerlisi Mənsur Mütəllimovu yük maşınının yatacaq hissəsində gizlədərək, Ağsu rayonu ərazisinə keçirmək istədiyi məlum olub. Həmin şəxslər də saxlanılaraq barələrində protokol tərtib olunub və məhkəmənin qərarı ilə həbs olunublar.

Geri dön