Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Karantin qaydalarını pozan sərxoş sürücü 15 gün müddətinə həbs olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Karantin qaydalarını pozan sərxoş sürücü 15 gün müddətinə həbs olunub

Karantin qaydalarını pozan sərxoş sürücü 15 gün müddətinə həbs olunub


Şabran Rayon Polis Şöbəsinin əməkdaşları sərxoş halda yük avtomobili idarə edən və karantin qaydalarını pozan şəxsi saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Hacıqabul rayonunun Atbulaq kənd sakini Babək Güləliyev idarə etdiyi yük avtomobili ilə saxlanılıb və onun spirtli içkinin təsiri altında sükan arxasında olduğu, həmçinin karantin qaydalarını pozduğu müəyyən edilib.

Saxlanılan zaman o, məsuliyyətdən yayınmaq üçün polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa çalışıb, lakin buna müvəffəq olmayıb.

Həmin sürücü barəsində RPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib və B.Güləliyev Şabran Rayon Məhkəməsi tərəfindən inzibati qaydada 15 gün müddətinə həbs edilib.

Geri dön