Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > SAM-ın eksperti MDB-nin “Gənc Şərqşünaslar” Qurultayında iştirak edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > SAM-ın eksperti MDB-nin “Gənc Şərqşünaslar” Qurultayında iştirak edir

SAM-ın eksperti MDB-nin “Gənc Şərqşünaslar” Qurultayında iştirak edir


3-5 Oktyabr 2012-ci il tarixində Moskvaətrafı Zveniqorod şəhərində Rusiyanın Elmlər Akademiyasının (RAN) Gənc Alimlər Şurası, tarixi-fəlsəfi elmlər şöbəsi və şərqşünaslıq institutu tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəstəyi ilə MDB-nin Gənc Şərqşünaslar Qurultayı keçirilib.

Azərbaycanın Heydər Mirzə (SAM), Sübhan Talıblı (Şərqşünaslıq İnstitutu AMEA) və Leyla Məlikovadan (Şərqşünaslıq İnstitutu AMEA) ibarət nümayəndə heyəti MDB-nin Gənc Şərqşünaslar Qurultayında iştirak edib.

Qurultayda Azərbaycan təmsilçilərinin "Müasir dövrdə Azərbaycan-İran münasibətləri azərbaycanlıların milli quruculuq prizmasından" (Heydər Mirzə), "1979-2005-ci illər İranın xarici siyasəti" (Sübhan Talıblı), "Bahaizm nümunəsində Qərb qlobalizm ideologiyası ilə Şərq neouniversalist dini konsepsiyasının qarşılıqlı əlaqələri" (Leyla Məlikova) mövzularında məruzələrlə çıxış edib.

Zveniqorodda təxminən 60 gənc alimi toplamış MDB-nin Gənc Şərqşünaslar Qurultayının əsas məqsədi MDB ölkələrinin özünü şərqşünaslıq sahəsində araşdırmalara həsr etmiş humanitar-elmi ziyalılarının gənc nümayəndələri arasında əlaqələri möhkəmləndirməkdir.

Geri dön